//
you're reading...
Armenia, Azerbaijan, Caucasus, International Relations, Karabakh, My Interviews, Russia

Azərbaycan-Ermənistan Münasibətlərinə Bir Baxış (Müsahibə)


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Mərkəzinin eksperti Nəsrin Süleymanlı ilə “Azərbaycan-Ermənistan Münasibətlərinə Bir Baxış” üzərinə Müsahibə

1.    Dağlıq Qarabağın bu günə kimi işğal altında olması nəyin məhsuludur?

Keçmiş SSRİ tərkibində həll olunmamış münaqişələr SSRİ-nin dağılmasından sonra bir növ millətlərin faciəsinə çevrildi. Bu da daha sonra Post Sovet məkanında dondurulmuş münaqişələrin yaranmasına əsas qoydu və bu da nəinki Soviet idealogiyasının iflasına səbəbə oldu həm də yeni yaranmış müstəqil dövlətlər arasında konfliktlərə gətirib çıxartdı.

Dağlıq Qarabağ münaqişəsinin bu günə kimi həll edilməməsinin başlıca səbəbi dünyada və bölgədə aparılan geosiyasi mübarizənin, dünya erməni lobbisinin millətçi-işğalçı siyasətinin  nəticəsidir. Bu amillər bir-birini tamamlayırlar. Əslində  Dağlıq Qarabağ  münaqişəsi etnik münaqişədən daha çox beynəlxalq geosiyasi mübarizəyə çevrilmişdir.

Rusiya dövləti bölgəni öz nəzarəti altında saxlamaq üçün Dağlıq Qarabağ münaqişəsinə rəvac vermişdir. Bu münaqişənin həll edilməməsi həm Azərbaycanı, həm də Ermənistanı Rusiyadan asılı vəziyyətdə saxlanması üçün nəzərdə tutulmuşdur. Bölgənin demokratik inkişafını bölgə dövlətlərinin dünya birliyi ilə daha sıx inteqrasiyasını öz milli maraqlarına təhlükə hesab edən bəzi dairələr bu münaqişənin həllində maraqlı deyildirlər. Bu qüvvələrin maraqları dünya erməni  lobbisinin işğalçılıq idddiaları ilə üst-üstə düşür. Bundan da bəzi qüvvələr məharətlə istifadə edirlər.

Ermənistan dövlətinin işğalçı və qeyri-konstruktiv siyasətini də nəzərdən qaçırmaq olmaz. Bu dövlət beynəlxalq normaları ayaq altına alaraq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozmaqda və Azərbaycan Respublikasının ərazilərini işğal altında saxlamaqda davam edir. Münaqişənin həlli üçün aparılan danışıqların nəticəsiz qalması da Ermənistan dövlətinin beynəlxalq hüquq normalarına əməl etməməsinin nəticəsidir.

2.    Azərbaycan-Ermənistan arasındakı Dağlıq-Qarabağ münaqişəsinin həlli yolunda təşəbbüsləri hansı mərhələlərə bölmək olar?

Dağlıq Qarabağ münaqişəsi SSRİ dövründə başlamışdır. Ölkəni dağılmaqdan qurtarmağa çalışan SSRİ rəhbərliyi belə bir münaqişəni ortaya atmaqla həm Azərbaycanı, həm də Ermənistanı mərkəzə bağlamağa, mərkəzin qərarını ümidlə gözləməyə məcbur etmək istəyirdi. O zaman bu münaqişə Ölkə daxili münaqişə idi. SSRİ-nin dağılması ilə Dağlıq Qarabağ münaqişəsi beynəlxalq münaqişəyə çevrildi. Bu dövrdən başlayaraq ilk vaxtlar münaqişənin həlli üçün ayrı-ayrı beynəlxalq təşəbbüslər göstərildi. Məsələn Rusiya ilə Qazaxstan prezidentlərinin təşəbbüsü, İranın təşəbbüsü. Amma bu təşəbbüslər bir nəticə vermədi. 1992-ci ildən ATƏT bu münaqişənin həlli üçün vasitəçiliyə başladı. Daha sonra 1994-də Həmsədrlər İnstitutu yaradıldı və vasitəçilik beləcə davam etdi.

3.    Azərbaycan torpaqlarının işğal altında olması, onun enerji siyasətinə necə təsir edə bilər? Azərbaycan enerji potensialından Dağlıq Qarabağ probleminin həllində bir vasitə kimi istifadə edə bilərmi?

Məlumdur ki, Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malikdir. Hazırda bu ehtiyatlardan istifadə edilməsi Avropanın enerji təhlükəsizliyinin və bölgənin intişafının təmin edilməsində çox böyük əhəmiyyətə malikdir. Azərbaycan üzərindən Orta Asiyanın və Xəzər hövzəsinin eherji ehtiyatlarını da Avropaya nəql etmək mümkündür. Ona görə Avropa Azərbaycanda sabitliyin olmasında maraqlıdır.

Amma Azərbaycan rəsmiləri dəfələrlə  bildirmişdir ki, Azərbaycan etibarlı tərəfdaşdır və bütün ölkələrlə bərabər hüquqlu iqtisadi əməkdaşlıq qurmaq istəyir. Azərbaycan rəhbərliyi işğal olunmuş ərazilərinin azad edilməsini xarici siyasətinin prioritet istiqaməti saysa da enerji ehtiyatlarından siyasi məqsədlər və təzyiqlər üçün istifadə etməyəcəyini bəyan etmişdir.

4.    Yeni TANAP razılaşması Dağlıq-Qarabağ münaqişəsinin həlli prosesinə təsir edə bilərmi?

 TANAP Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və Avropanın enerji ilə təmin edilməsinin şaxələndirilməsi üçün yeni bir imkandır. Dünya miqyasında enerji ehtiyatlarına artmaqda olan ehtiyacların aradan qaldırılması üçün Azərbaycanın yeni kəşf olunan enerji yataqlarının böyük əhəmiyyəti vardır. Bu layihə geosiyasi maraqlar baxımından da əhəmiyyət kəsb edir. Çünki bu layihənin icrası ilə Cənubi Qafqaz bölgəsinin Avropa məkanına birləşməsi daha da möhkəmlənəcəkdir. Bu layihə gələcəkdə Orta Asiyanın və Xəzər hövzəsinin enerji ehtiyatlarının Avropaya daşınmasında da əhəmiyyət kəsb edəcəkdir. Çünki Orta Asiyanın qaz ehtiyatlarını bu kəmərə birləşdirməklə Avropanın enerji asılılığını aradan qaldırmaq olar.

Bir sözlə TANAP layihəsi Avropa üçün, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün əhəmiyyət kəsb edən layihələrdən biridir. Onun davamlı işləməsi Avropanın təhlükəsizliyinin təmin edilməsi deməkdir. TANAP-ın davamlı işləməsi bu kəmərin özünün təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır. Avropa dövlətlərin TANAP-ın təhlükəsiz fəaliyyət göstərməsi üçün bölgənin təhlükəsizliyinə maraq göstərəcəkdir.

Bölgədə əsas təhlükə mənbəyi isə Dağlıq Qarabağ münaqişəsidir. Nəzərə almaq lazımdır ki, TANAP layihəsi Rusiyanın qaz monopoliyasını zəiflədə bilər. Bunu qarşısını almaq üçün Rusiya Ermənistanın əli ilə Dağlıq Qarabağ ətrafında, TANAP-ın keçdiyi marşrut ətrafında təxribatlara əl ata bilər. Rusiyanı belə təxribatlardan məhrum edilməsi üçün də Dağlı Qarabağ münaqişəsinin həlli Avropa dövlətlərinin gündəliyində daha fəal yer tuta bilər.

5.    Azərbaycan və Ermənistan arasındakı problemlər həll olunsa Ermənistan üzərindən hər hansı bir layihənin (boru kəməri, dəmir yolu) gerçəkləşməsi mümkündürmü?

Azərbaycan tərəfi dəfələrlə bildirmişdir ki onun ərazisini işğal etmiş Ermənistanla heç bir əməkdaşlığa getməyəcəkdir. Ermənistanın işğalçılıq siyasəti onun bölgədəki bütün böyük layihələrdən kənarda qoymuşdur. Azərbaycanın siyasi rəhbərliyi bildirmişdir ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkərsə və münaqişənin həlli istiqamətində siyasi iradə göstərərsə, onda ilk növbədə Dağlıq Qarabağın infrastrukturasının yeniləşməsinə, iki Respublika arasında kommunikasiya xətlərinin açılmasına başlanacaqdır. Bundan sonra Ermənistanın böyük iqtisadi layihələrdə iştirak etməsi mümkün olacaqdır. Azərbaycanın iqtisadi imkanları elə bir səviyyədədir ki, hazırda Azərbaycanın iştirakı olmadan bölgədə böyük iqtisadi layihələrin həyata keçirilməsi mümkün deyil. Azərbaycan isə Ermənistanla iqtisadi əməkdaşlığa Ermənistanın işğalçılıq siyasətindən əl çəkəcəyi halda gedəcəkdir.

6.    Məsələnin həllində müharibə faktoru nə qədər ehtimal ediləndir və Müharibə baş verərsə Orta Asya dövlətlərinin müharibəyə yanaşması necə olacaq?

Azərbaycan Dövləti münaqişənin sülh danışıqları çərçivəsində həllinin tərəfdarıdır. Azərbaycan rəsmiləri dəfələrlə bildirmişdir ki, münaqişənin həlli üçün danışıqlar yolunun imkanları tam bitməmişdir. Bu imkanlar bitərsə onda Azərbaycan tərəfi işğal olunmuş ərazilərinin azad edilməsi üçün başqa vasitələrə də əl əta bilər. BMT Nizamnaməsinin 4-cü maddəsi də hər bir müstəqil dövlətin işğal olunmuş ərazilərin azad edilməsi üçün hərb yoluna əl atmasına icazə verir.

Orta Asiya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Doğrudur Orta Asiya dövlətlərindən Kazaxıstan Qırğızıstan və Tacikistan Rusiyanın təşəbbüsü ilə yaradılmış Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının üzvüdürlər. Ermənistan da bu təşkilatın üzvüdürlər. İttifaq münasibətləri bu respublikaları bir-birinə yaxınlaşdırsa da  Azərbaycan hərbi yola əl atarsa bunu işğal altında olan öz ərazisi hüdudlarında aparacaqdır. Anlaşmaya görə təşkilat ancaq Azərbaycan Ermənistanın sərhədlərini pozarsa münaqişəyə cəlb olunacaqdır. Hətta belə bir vəziyyətdə çox böyük ehtimal ki, Orta Asiya dövlətləri kənarda bitərəf qalacaqlar.

7.    Uzun müddətdir ki, Dağlıq Qarabağ məsələsinin həllinə cəlb olunmasına baxmayaraq ATƏT-in Minks Qrupunun fəaliyyəti bu günə kimi qeyri məhsuldar olaraq qalır. ATƏT-in başqa bir təşkilatla əvəz etmək mümkündürmü və ATƏT-in Minsk Qrupunun həmsədrləri sırasına Türkiyənin daxil edilməsi nə qədər mümkündür?

ATƏT-in fəaliyyətinin nəticəsiz qalmasının əsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirməsi və həmsədr ölkələr tərəfindən bu işğalçı dövlətin öz işğalçı mövqeyindən əl çəkməsi üçün təzyiq göstərməməsidir. Təəssüf ki, bu günə kimi işğalçı ilə işğala məruz qalana qarşı fərqli münasibət göstərilmir, BMT Təhlükəsizlik Şurasının, Avropa təşkilatlarının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərarların Ermənistan tərəfindən icra edilməsinə də həmsədrlər tərəfindən təzyiq göstərilmir.

Münaqişənin vasitəçilərinin formatının dəyişdirilməsi isə yaxın zamanlar üçün real və məqsədəuyğun görünmür. Çünki, bugünkü həmsədrlər dünyanın aparıcı dövlətləridir. Onların imkanlarından tam şəkildə istifadə olunmalıdır. Münaqişənin həlli üçün onların nüfuzundan istifadə edilməsinə ehtiyac vardır. Həmsədrlərin hər üçü BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Onlar dəyişdirilərsə yeni təşkilatın münaqişənin mahiyyəti ilə tanışlığı xeyli vaxt apara bilər və danışıqlar böyük dövlətlərin maraqlarına cavab vermədiyi təqdirdə onun gedişi həmin dövlətlər tərəfindən blok oluna bilər.

Türkiyənin həmsədrlər sırasına daxil edilməsi isə mümkündür. Ermənistan bunun tərəfdarı deyil. Lakin Avropa strukturları təzyiq edəcəyi təqdirdə Türkiyənin həmsədrliyi qəbul oluna bilər və bu, münaqişənin həllinə müsbət təsir edə bilər.

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Contact me at:

Visitors

free counters

Blog Hit Counter

  • 31,824

StatCounter

wordpress stats

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 64 other followers

%d bloggers like this: